46 yaşlı ABŞ-lı müğənni-aktrisa Cennifer Lopez həmkarı Mark Entoni ilə evli ikən Los- Ancelesdə yaşadığı malikanəni satmağa qərar verib.
Oxu.Az xəbər verir ki, möhtəşəm ev 12.5 milyon dollara yeni sahibini gözləyir.
Kaliforniyada, Hidden Hillsdə olan 1600 kvadrat metrlik malikanəni cütlük 2010-ci ildə 8.2 milyon dollara satın almışdı.
9 yataq otağı və 13 vanna otağı olan evdə kino zalı, geyinmə otağı, rəqs studiyası, masaj otağı da var.
Eyni zamanda malikanənin həyətində 8 ədəd avtomobil üçün bir bağlı qaraj, 20 avtomobilin isə park edə biləcəyi avtopark sahəsi mövcuddur.