Britaniyanın ən məşhur müğənnilərindən biri 52 yaşlı Corc Maykl narkotik maddələrdən asılılıqdan qurtulmağa çalışır.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, Corc zərərli vərdişdən xilas olmaq üçün, ayda 200 min avroluq müalicə alır. O, İsveçrənin Sollikon şəhərində yerləşən və dünyanın ən bahalısı sayılan reabilitasiya mərkəzində 4 ay müalicə olunub.
52 yaşlı müğənni Corc Maykl son aylarda öz qohumları arasında ciddi narahatlığa səbəb olub. Yaxınlarının sözlərinə görə, Corc qəbul etdiyi zərərli maddələrin həcminə, ümumiyyətlə, fikir vermirdi. “Biz onun həyatı üçün çox qorxuruq. O, həşişdən tutmuş kokainə qədər hər şeyi qəbul edir. Təşkil etdiyi axşamlardan sonra, biz onu çox dəhşətli vəziyyətdə tapırdıq. O, çox içir və qumara qoşulmuşdu”, - deyə Corc Mayklın qohumlarından biri bildirib.
Homoseksual olan Corc Maykl daha sonra 15 illik sevgilisi Kenni Qossla münasibətləri pozmuşdu. Corc Maykl aylardan bəri susqun idi. Sosial şəbəkələrdə o, son dəfə mayın 6-da peyda olmuşdu.