Müğənni Elnar Xəlilov Oxu.Az-a şəxsi həyatı ilə bağlı müsahibə verib.
Gənc ifaçı heç yerdə söyləmədiyi etirafları edib. O, həyat yoldaşı ilə yollarını ayırdığını söyləyib:
“Tale elə gətirdi ki, ailə qurub ayrıldım. Həyat yoldaşım ukraynalı idi, amma müsəlmanlığı qəbul etmişdi. 2.5 il dini, il yarım rəsmi nikahla yaşamışıq. Ötən ilin sentyabr ayında ayrıldıq. Həmin nikahdan 1 yaş yarımlıq Yusuf adında oğlum var. Mənə çox oxşayır, sadəcə o sarışındır”.
- Səbəb nə idi, niyə ayrıldınız?
- Bakıda evləndik, sonra Moskvaya geri döndük. Ayrılığımızın elə də ciddi səbəbi olmayıb. Sadəcə o, Bakıda yaşamaq istəmirdi. Mən isə burada sənətimi davam etdirmək istəyirəm.
- Oğlunuzla görüşə bilirsinizmi?
- Mən onu cəmi 4 ay görmüşəm. Bəli, mən Moskvaya oğlumu görmək üçün gedib-gəlirəm. Gedə bilməyəndə “skype” vasitəsilə danışırıq.
Müğənni yaradıcılıq işlərindən də danışıb:
““Sevgidən küsdüm” adlı yeni mahnı yazdırmışam. Sözləri və musiqisi mənə, aranjimanı dostum Rüstəm Qurbanova məxsusdur”.
İfaçının oğlunun fotolarını və yeni mahnısını təqdim edirik.
Aytən Sadıqzadə