Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Demensiya diaqnozundan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan Bryus Uillisdən təsirli jest
Hollivudun sevilən ulduzlarından olan Bryus Uillis demensiya diaqnozu qoyulduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. O, Los-Ancelesdə polis zabiti ilə görüşüb və Kaliforniya ştatında genişmiqyaslı meşə yanğınlarına qarşı mübarizəyə görə təşəkkür edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə aktyorun həyat yoldaşı Emma Heminq Uillis özünün "Instagram" səhifəsində paylaşım edib.
Ağ-qara kadrlarda Uillisin polis zabiti ilə əl sıxması və şəkil çəkdirməsi əks olunub.
"Bryus fövqəladə xidmət işçisini görərkən səmimi şəkildə əl sıxmaq və "xidmətinizə görə təşəkkür edirəm" deməklə minnətdarlığını bildirmək fürsətini heç vaxt qaçırmayıb. Dünənki gün də fərqli olmadı", - deyə Emma yazıb.
Mediada qeyd olunur ki, bu, aktyorun 2023-cü ilin fevralında frontal-temporal demensiya diaqnozu qoyulduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxmasıdır.
Kadrlar ulduzun doğmaları və pərəstişkarları tərəfindən böyük rəğbətlə qarşılanıb.
"Bryus Uillis" teqi üzrə xəbərlər
- Bryus Uillisdən ÜZÜCÜ XƏBƏR: Danışıq qabiliyyətini də itirdi
- Demi Mur ağır xəstə olan Bryus Uillisin vəziyyətindən danışıb
- Bryus Uillisin qızları ilə riqqətəgətirən görüntüsü paylaşıldı
- Ağır xəstə olan Bryus Uillisin yeni görüntüsü yayılıb
- Demensiya xəstəsi olan Bryus Uillisin qızı atasının vəziyyətindən danışdı