Xəbər verdiyimiz kimi türk pop musiqisinin kraliçası Demet Akalının Bakı konserti Heydər Əliyev Sarayında may ayının 1-də baş tutacaq.
Oxu.Az xəbər verir ki, İfaçı Azərbaycan paytaxtında unudulmaz şou təqdim edəcək. Bu konsert Demet Akalının Bakıda ilk solo konserti olacaq, bir neçə il bundan öncə müğənninin solo konserti hamiləliyinə görə ləğv edilmişdi.
Tədbirin təşkilatçıları J&J Production-un məlumatına görə, müğəninin pərəstişkarlarının konsertə olan marağı böyükdür və konsert ətrafında yaranan ajiotaj gündən-günə artır. Konsertə hələ bir ay vaxtın qalmasına baxmayaraq, biletlərin əksər hissəsi satılıb.
Xatırladaq ki, türk ulduzunun konserti may ayının 1-də baş tutacaq, müğəninin pərəstişkarlarının konsert biletlrərini əldə etmək imkanları hələ var. Konsertinə biletləri paytaxt kassalarında, eləcə də www.citylife.az -da online əldə etmək olar. Biletlərin qiyməti 20-190 AZN-dir. Tədbir haqqında bütün informasiyanı 119 və ya 502440898 nömrəsinə zəng etməklə əldə etmək mümkündür.
Demet Akalının Bakıda baş tutacaq konsertinin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə