Türkiyənin Manisa şəhərində Demet Akalının konsertindən öncə ətrafı bomba həyəcanı bürüyüb.
Oxu.Az xəbər verir ki, konsertin baş verəcəyi məkanda sahibsiz qara rəngli çanta insanları təşvişə salıb. Hadisə yerinə polis əməkdaşları gəlib.
Təxminən 45 dəqiqə davam edən araşdırmadan sonra məlum olub ki, çantanın sahibi bir məktəblidir və şübhəli heç nə yoxdur.
Xatırladırıq ki, Demet Akalın mayın 1-də Heydər Əliyev Sarayında solo konsert verəcək.
Müğənninin Bakıda baş tutacaq konsertinin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az