Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Deniz Seki iki il yarım həbs cəzasından sonra azadlığa buraxılıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ifaçı mətbuat konfransı zamanı həbsdəki müddət ərzində keçirdiyi hisslərdən danışıb. Daha sonra göz yaşlarına hakim ola bilməyən Seki həbsxanada bəstələdiyi mahnısını səsləndirib.
Xatırladaq ki, o, narkotik maddə ticarəti ilə məşğul olduğu üçün həbs olunmuşdu.
A.S.
www.oxu.az