İspaniyanın “Barselona” klubu ilə Lionel Messi arasında bağlanılacaq yeni müqavilədə argentinalı futbolçunun transfer qiyməti 400 milyon avro göstəriləcək.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Yeni sövdələşmənin müddəti 2021-ci ilədək nəzərdə tutulub. 30 yaşlı hücumçunun qazancı 120 milyon avro olacaq.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi əsas komandada 16 oktyabr 2004-cü ildə debüt edib. O, Kataloniya təmsilçisinin heyətində 8 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə kubokunu, eyni sayda Çempionlar Liqasını qazanıb. 30 yaşlı hücumçu 5 dəfə “Qızıl top”a layiq görülüb.
09:11
“Barselona” Lionel Messi ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Marca” yazıb.
Məlumata əsasən, 2021-ci və yaxud 2022-ci ilə kimi nəzərdə tutulan yeni müqavilə iyunun sonundan tez olmayaraq imzalanacaq. Müqavilənin digər təfərrüatları barədə məlumat verilmir. Bundan əvvəl İspan KİV-ləri klub rəhbərliyinin Messiyə müqaviləni artırması üçün 40 milyon avro məbləğində mükafat və illik 35 milyon avroluq maaş təklif etdiyini yazıb.
Argentinalının “Barselona” ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır. 30 yaşlı L. Messi “Barselona”da 2003-cü ildən çıxış edir. Argentinalı oyunçu cari mövsümdə La Liqada 34 oyunda 37 qol vuraraq 4-cü dəfə "Qızıl buts" mükafatının sahibi olub.
A.M.