Diana Hacıyeva Amesterdamda keçiriləcək ilin ən böyük “Eurovision” partisinə qatılıb.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, aprelin 9-da baş tutan “Eurovision in Concert” şənliyində təmsilçimizə xüsusi diqqət olub.
“Avropanın Siası” kimi təqdim olunan Dihaj məşhur TV və radiolara müsahibə verib. O, 34 ölkə təmsilçisi arasında geyimi və saç stili ilə çox fərqlənib və yarışma pərəstişkarlarının sevimli iştirakçısına çevrilib. Diana qırmızı xalça keçidində iştirak edib, daha sonra Melkveqdə “Skeletons”u səsləndirib.
Diana Hacıyeva səhnəyə çıxarkən gözlənilməz hadisə ilə üzləşib. Belə ki, o, mahnını ifa edən zaman texniki problemlə üzləşib, mikrafonu işləməyib. Dihaj özünü itirməyib, oxumağa davam edib və texniki xidmətə problemin aradan qaldırılması barədə göstəriş verib.
İştirakçı ifasını davam edib, zalda oturan izləyicilərin alqışları ilə səhnədən enib.
A.S.
www.oxu.az