Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Diddi həmləyə keçdi: 50 milyon dollarlıq məhkəmə iddiası
İnsan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən P.Diddi (əsl adı Şon Kombs) 50 milyon dollar məbləğində böhtan iddiası qaldırıb. Cavabdehlər vəkil Kortni Bercess, hüquqşünas Ariel Mitçell və "NewsNation" televiziya şəbəkəsinin sahibi olan "Nextstar Media Group" media şirkətidir.
Oxu.Az-ın "People" nəşrinə istinadla verdiyi məlumata görə, bu barədə 55 yaşlı musiqiçinin vəkillər komandası xəbər yayıb.
Onlar iddia ediblər ki, cavabdehlər maliyyə qazancı əldə etmək məqsədilə P.Diddiyə qarşı yalan ittihamları qəsdən uyduraraq şişirdiblər.
Şikayətdə vurğulanıb ki, bu cür bəyanatlar məşhur reperin həm iqtisadi vəziyyətinə, həm də nüfuzuna əhəmiyyətli zərər vurub.
Hazırda məhkəmə araşdırmasını gözləyən Şon Kombs Bruklin istintaq təcridxanasında saxlanılır. Musiqiçi ona qarşı irəli sürülən pedofiliya və məşhurların da iştirakı ilə fahişəliyin təşkili ilə bağlı bütün ittihamları qəti şəkildə inkar edir.
"P.Diddi (Puff Daddy, Diddy, Şon Kombs)" teqi üzrə xəbərlər
- Rusiyada "Diddi hadisəsi": Məşhur stilistin oğlu məhv olmuş uşaqlığına görə atasını məhkəməyə verir
- Diddi Kanye Uestlə telefon danışığında təhlükə barədə xəbərdarlıq etdi
- Diddi yeni ittihamlarda özünü təqsirli bilmədi
- 13 yaşlı qıza təcavüzdə ittiham olunan reperlər Jay-Z və Diddinin işində gözlənilməz dönüş
- Daha bir kişi Diddini təcavüzdə ittiham edir - Məhkəməyə müraciət etdi