Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb.
Oxu.Az bildirir ki, bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, oktyabrın 10-na keçən gecə həbsxanaya təcili tibbi yardım çağırılıb. Kombsun ən yaxın xəstəxanaya aparıldığı ehtimal olunur, lakin onun başından xəsarəti hansı şəraitdə alması hələ məlum deyil. Səhər açılmamışdan əvvəl reper həbsxanaya qaytarılıb, onun huşu yerində olub və danışa bilib.
Xatırladaq ki, 2024-cü ildə həbs edilən Kombs 2025-ci ildə insan alveri ittihamı üzrə iki epizodla təqsirli bilinərək 50 ay müddətinə azadlıqdan məhrum edilib. Reperin azadlığa buraxılması 21 yanvar 2028-ci il tarixinə planlaşdırılır.