"Almaniya polisi Varşava yaxınlığında "Starlink" yerüstü şlüzünün yandırılmasında şübhəli bilinən iki Türkiyə vətəndaşını saxlayıb".
Oxu.Az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk "X" sosial şəbəkəsində məlumat verib.
"Polşa xüsusi xidmət orqanlarının tapşırığı ilə Almaniya polisi Mazoviya bölgəsində "Starlink" şlüzünün yandırılmasında şübhəli bilinən iki Türkiyə vətəndaşını saxlayıb", - deyə Tusk yazıb.
Hadisə ilə bağlı başqa təfərrüat verilməyib.
Qeyd edək ki, peyk rabitəsi sistemi olan "Starlink"in Avropa regionuna, o cümlədən Ukraynaya xidmət göstərən yerüstü şlüz stansiyasında yanğın sentyabrın 23-dən 24-nə keçən gecə Varşava yaxınlığındakı Volya-Krobovska yaşayış məntəqəsində baş verib.