Polşanın Krakov şəhərində silahlı hücum törədən şəxs xəstəxanada ölüb.
Oxu.Az-ın "Gazeta.ru"ya istinadən xəbərinə görə, bu barədə yerli polis öz sosial media hesabında məlumat verib.
"Bildiririk ki, faciəvi hadisənin günahkarı bu səhər tezdən xəstəxanada vəfat edib", - deyə paylaşımda qeyd olunur.
Xatırladaq ki, noyabrın 7-də dəbilqədə və zirehli geyimdə olan silahlı kişi qara avtomobillə Krakovdakı bazar meydanına gedib və elə birbaşa maşının içindən yoldan keçənlərə və tramvaya atəş açıb. Son məlumata görə, hadisə nəticəsində 6 nəfər həlak olub, azı 15 nəfər yaralanıb.
O, Polşa ordusunun keçmiş hərbi qulluqçusu olub.