ABŞ-li reper P.Diddi (əsl adı - Şon Kombs) başını çarpayıya vuraraq xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "PageSix" nəşri məlumat yayıb.
Məlumata görə, P.Diddi cəzaçəkmə müəssisəsində ikimərtəbəli çarpayıya dəyərək başından zədə alıb və ardınca Nyu-Cersi ştatında yerləşən xəstəxanaya aparılıb.
Xatırladaq ki, oktyabrın 10-na keçən gecə başından aldığı travma səbəbindən təcili tibbi yardım avtomobili reperi həbsxanadan aparıb. Səhərə yaxın isə Şon Kombs geri qaytarılıb. Bildirilir ki, sənətçinin huşu özündə olub və o, sərbəst danışırmış.
Qeyd edək ki, keçən ilin oktyabr ayının əvvəllərində Nyu-York məhkəməsi tərəfindən reper dörd il iki ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə ifaçını insanları fahişəliyə cəlb etmək məqsədilə daşımağa görə iki epizodda günahkar bilib. Bununla yanaşı, reketlik və cinsi istismar məqsədilə zorakı yerdəyişmə iddiaları üzrə ona bəraət qazandırılıb.
Hazırda P.Diddi Nyu-Cersi ştatının Fort-Diks federal cəzaçəkmə müəssisəsində saxlanılır. Məlumata əsasən, tanınmış repçi dəmir barmaqlıqlar arxasında öyrəşdiyi komfortu təmin etmək məqsədilə hər ay xeyli vəsait xərcləyir.