Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Diddi Kanye Uestlə telefon danışığında təhlükə barədə xəbərdarlıq etdi
ABŞ-də insan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən məşhur musiqiçi və prodüser Diddi (əsl adı Şon Kombs) amerikalı reper Kanye Uestlə telefon danışığı zamanı ona ehtiyatlı olmağı tövsiyə edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Page Six" xəbər verib.
"Orada ehtiyatlı ol, çünki onlar bizi bitirməyə çalışırlar. Amma bunun heç bir nəticəsi olmayacaq. Mən bu bəladan qurtulacağam və sənin yanında olacağam", - deyə Kombs bildirib.
Diddi, həmçinin Kanye Uesti musiqiyə qayıtmağa və həyatını tam dolu yaşamağa çağırıb.
"Mən azadlığa çıxanda stadionları silkələdiyini görmək istəyirəm. Yenidən səhnədə olmanı istəyirəm. Bu mənim arzularımdan biridir", - deyə reper etiraf edib.
Uest isə öz növbəsində həmkarı ilə razılaşıb və mikrofonu götürməyin vaxtın gəldiyini söyləyib. O, həmçinin Diddiyə onu "böyütdüyü" üçün təşəkkür edib.
Qeyd edək ki, Kanye Uest bir müddət əvvəl afroamerikalı həmkarlarını tənqid edərək, onları Diddinin müdafiəsində qorxaqlıqda günahlandırıb və köləliyin bir seçim olduğunu deyib.
Xatırladaq ki, 2024-cü il sentyabrın 17-də Diddi cinsi istismar məqsədilə insan alveri, cinayət sövdələşməsi və fahişəliyə yardım ittihamları ilə həbs edilib. Polis onun evində seks oyuncaqları dəstləri, minlərlə uşaq yağı şüşəsi və qeydiyyatsız odlu silah aşkar edib. Diddi, əgər təqsirli bilinsə, ömürlük həbs cəzasına və ya minimum 15 il azadlıqdan məhrumetməyə məhkum edilə bilər. Musiqiçi ittihamları rədd edir və Bruklindəki federal təcridxanada məhkəməni gözləyir.
"P.Diddi (Puff Daddy, Diddy, Şon Kombs)" teqi üzrə xəbərlər
- Diddi yeni ittihamlarda özünü təqsirli bilmədi
- 13 yaşlı qıza təcavüzdə ittiham olunan reperlər Jay-Z və Diddinin işində gözlənilməz dönüş
- Daha bir kişi Diddini təcavüzdə ittiham edir - Məhkəməyə müraciət etdi
- Kanye Uest afroamerikalı həmkarlarını tənqid etdi: "Köləlik bir seçimdir"
- "Diddi işi"ndə yeni dönüş: Reper hücuma keçir