Azərbaycanlı şəxsin Atatürk Hava limanında qaçaq telefon keçirmək cəhdi baş tutmayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Gömrük Mühafizə əməkdaşları 2 milyon 20 min lirə (700 min AZN) dəyərindəki mobil telefonları ələ keçirib.
Qaçaqmalçılar diqqət çəkməmək üçün Ümrədən gəlirmiş təəssüratı yaratmaq üçün tualetdə paltarlarını dəyişdiriblər.
Ciddədə gələn sərnişinlərin təyyarəni tərk etmələrinə baxmayaraq bir neçə çamodan salonda qalıb. Bu əşyalar "X-Ray" yoxlamasından keçirilib.
Aparılan araşdırma nəticəsində, çemodanın sahiblərinin bir gün sonrakı təyyarə ilə İstanbula gələcəkləri məlum olub. Hüquq-mühafizə orqanları sərnişinlərin əşyalarını götürməsini gözləyiblər.
Çemodanı götürən şəxslər daha sonra təqib edilib. Ələ keçirilən şəxslərin çamodanından 1519 qaçaq mobil telefonu ələ keçirilib. Məlum olub ki, qaçaqmalçılıqla məşğul olanlar Azərbaycan və Türkiyə vətəndaşları olublar. Onlar Çindən aldıqları telefonları Ciddə üzərindən İstanbula, buradan isə digər ölkələrə keçirməyə çalışıblar. Məlum olub ki, qaçaqmalçılıqla məşğul olanlar şəbəkə halında fəaliyyət göstəriblər.
Hadisə ilə əlaqədar tutulan 6 nəfər Bakırköy Prokurorluğuna sövq edilib.