ABŞ Prezidenti Donald Tramp insan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən məşhur musiqiçi və prodüser Diddinin (əsl adı Şon Kombs) əfv edilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Deadline" Ağ Evdəki mənbəyə istinadən xəbər verir.
Trampın komandasından bildirilib ki, Kombsun əfvi ilə bağlı söhbətlər əvvəlcə sadəcə prezidentin daha bir qəribə təşəbbüsü kimi görünsə də, 2025-ci ilin iyulunda reper cinsi zorakılıqda qismən təqsirli bilinənədən sonra məsələ ciddi şəkildə nəzərdən keçirilməyə başlayıb.
Eyni zamanda, nəşr Trampın "dünyasını" "Amerika təpələri" attraksionuna bənzədir: hansısa fikir səsləndirilsə də, son nəticə yalnız prezidentin imzası olan rəsmi sənəd təqdim olunduqda dəqiqləşir.
Media nümayəndələrinin məlumatına görə, Kombsun əfvi ilə bağlı Ağ Evlə rəsmi danışıqları onun vəkilləri yox, yaxın çevrəsindəki şəxslər aparıb. Onlar həm şəxsi, həm də rəsmi müraciətlərlə nüfuzlu şəxslərlə əlaqəyə keçiblər.
Xatırladaq ki, 2024-cü il sentyabrın 17-də Diddi cinsi istismar məqsədilə insan alveri, cinayət sövdələşməsi və fahişəliyə yardım ittihamları ilə həbs edilib. Polis onun evində seks oyuncaqları dəstləri, minlərlə uşaq yağı şüşəsi və qeydiyyatsız odlu silah aşkar edib. Diddi, əgər təqsirli bilinsə, ömürlük həbs cəzasına və ya minimum 15 il azadlıqdan məhrumetməyə məhkum oluna bilər. Musiqiçi ittihamların hamısını rədd edib.