Sizə DJ Tiestonun Bakı konsertinin təxirə düşməsi barədə məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, “Dremexe Production” şirkəti bu barədə rəsmi internet səhifəsində açıqlama verib.
“Əziz dostlar, konsertin ləğvinin səbəblərini açıqlamaq istəyirik. Tiesto qonorarının ikinci hissəsini texniki səbəblərdən, bank köçürməsi ilə yaranmış problemlərlə əlaqədar ala bilməyib. Texniki problemlərə görə pulun ona çatması bir həftə gecikib. Buna görə də, Bakıya uçmazdan əvvəl o, qonorarını hesabında görməyib. Burada heç kim günahkar deyil.
İndi konsertin tarixinin dəyişdirilməsi barədə söhbət gedir. Əgər razılığa gəlməsək, o zaman biletlərin pulunu qaytaracağımız tarixi elan edəcəyik. Biz bütün bu vəziyyətə görə üzrxahlığımızı bildiririk”.
Aytən Sadıqzadə
www.oxu.az