Siyahını gözəlliyi ilə hər zaman göz qamaşdıran meksikalı aktrisa Salma Hayek ilə başlayaq. 1.57 santimetr boyu olan kinoulduz bu qüsurunu aradan qaldırmaq üçün hər zaman hündürdaban ayaqqabı geyinir.
Məhz ayaqqabılar sayəsində boyunu 1.75 santimetrə qədər uzadan Salma geyimlərini də boyuna uyğun seçir. Məsələn midi əlbisə və uzun ətəklə onu daha hündür göstərir.
Dünyaşöhrətli müğənni Madonna... Müğənninin boyu 1.58 santimetrdir. Lakin “mən hər halımla valehediciyəm” deyən Madonna heç vaxt boyuna görə kompleksə düşmədyini deyib.
Məşhur müğənni Kylie Minogue də balacaboy ulduzlar sırasındadır. 1.55 santimetr boyu olan müğənni onun üçün hazırlanan xüsusi hündürdaban ayaqqabılar geyinir. Lakin balacaboy olmasına baxmayaraq, Kylie uzun zaman ən gözəl ayaqlara sahib ulduzlar sırasında ilk pillələrdə yer alıb.
Balacaboy ulduzlardan biri də amerikalı aktyor Denni De Vitodur. Komediya filmlərində oynadığı obrazlarla tamaşaçı sevgisi qazanan aktyorun boyu vur-tut 1.52 santimetrdir.
Məşhur müğənni Şakira dünyanın ən cazibədar qadınlarından biri hesab olunur, ancaq onun boyu cəmi 1.50 sm-dir. Heç vaxt boyuna görə kompleksə düşməyən kolumbiyalı ifaçı bunu özü üçün qüsur hesab etmir (ATV.az).