Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dünyaşöhrətli reper işçilərinə "qul" dediyinə görə məhkəməyə verildi
Proqramçılar qrupu keçmiş işəgötürən Kanye Uesti ödəniş etmədiyi və onları "qul" adlandırdığına görə məhkəməyə verib.
Komanda müxtəlif ölkələrdən olan səkkiz nəfərdən, o cümlədən azyaşlılardan ibarətdir. 2024-cü ilin aprelində Uest və sənətçinin meneceri Milo Yannopoulos onları musiqiçinin "Vultures" və "Vultures 2" albomlarını yükləməyi planlaşdırdığı YZYVSN axın xidməti üçün proqram hazırlamaq üçün işə götürüb.
İddiaçıların dediyinə görə, onlar yaşlarına, irqlərinə, cinsinə, cinsi oriyentasiyasına və etnik mənsubiyyətlərinə görə zorakılığa məruz qalıblar. Bundan əlavə, onlara "qullar", əməkdaşlıq etdikləri "Discord" kanallarından biri isə "yeni qullar" deyib. Yannopulos ittihamları rədd edib və iddianı "zarafat" adlandırıb.
"İş başa çatdıqdan sonra Uest və Yannopoulos komanda üzvlərinə əlavə iş də daxil olmaqla işlərinə görə ödəniş alacaqlarını bildiriblər, lakin vəd edilən məbləğ ödənilməyib", - iddiada deyilir.
Mənbə: RBK
"Kanye Uest" teqi üzrə xəbərlər
- Kanye Uest Kardaşyanlar ailəsini uşaq alverində ittiham edib
- Diddi Kanye Uestlə telefon danışığında təhlükə barədə xəbərdarlıq etdi
- Kanye transparant libası ilə diqqətləri üzərinə çəkən Byankadan boşanır? - Qərarlarını açıqladılar
- Byanka Senzori bu dəfə ÇADRA geyindi
- "Qremmi" qalmaqalından sonra Kanye Uest və Byanka Senzori boşanmağa hazırlaşırlar