Avropada amerikalı reper Kanye Uestin konserti yenidən ləğv edilib - bu dəfə Praqa onun çıxışından məhrum qalıb.
Oxu.Az bu barədə "Novinky" xəbər portalına istinadən xəbər verir.
Konsert iyulun 25-nə planlaşdırılsa da, tədbirin keçiriləcəyi məkan təşkilatçı ilə əməkdaşlığı dayandırdığını elan edib. Bu qərarın səbəbləri açıqlanmır, lakin Praqa hakimiyyətinin nümayəndələri bundan əvvəl Kanye Uestin antisemit bəyanatlarına görə onun konsertinə etiraz edirdilər.
Qeyd olunur ki, bu, Uestin Avropada artıq baş tutmayan altıncı konsertidir. Bundan əvvəl onun çıxışları Böyük Britaniya, Fransa, İtaliya, Polşa və İsveçrədə də ləğv edilmişdi.