Oxu.Az gecce.az-a istinadla ekstrasens Aqil Məhərrəmovun müsahibəsini təqdim edir:
Təranə Qumral və Musa Musayev – “Hal-hazırda araları ailə daxilində pisdir. Aralarında sevgi yoxdur. Maddi sıxıntıları çoxdur. İndi ayrılmayacaqlar. Amma cütlüyün axıra kimi birlikdə olacağını görmürəm. Yolları ayrılır. Təranə xanım bərk xəstələnəcək. Arzuları arzu olaraq ürəklərində qalacaq. Hər ikisinin ürəyində böyük arzusu var, elə ürəklərində də qalacaq. Musanın qohumları ilə Təranə barışmayacaq. Çünki qardaşı arvadı buna icazə verməyəcək”.
Təranə Səmədova və sevgili olduğu deyilən idman müəllimi Ceyhun – “Şəkillərinə baxmalıyam. Ceyhun bəyi tanımıram. Təranə Səmədovanın həmin şəxslə sevgili olduğunu görmürəm. Ancaq qarşı tərəfdən Təranə xanıma sevgili olmaq təklifi olub. Acığı mən belə görürəm ki, həmin bəy Təranə xanımdan istifadə məqsədi güdüb. Ümumiyyətlə, Təranə xanıma məsləhət görərdim ki, kişilərə inanmasın. Hal-hazırda ətrafında çox kişi görürəm. Ancaq yanında olub, ona kişi kimi arxa duran şəxs yoxdu.Təranə və Ceyhun arasında sevgi olmayıb, amma araları olub. Bir sözlə, Təranədən həyatında olan bütün kişilər istifadə edib”.
Brilyant Dadaşova və həyat yoldaşı Ədalət – “Sənəd üstə evlidirlər. Ayrı-ayrı yerdə, ayrı-ayrı məkanda və ayrı həyat yaşayırlar. Həyatları çoxdandır ki, ayrıdır. Münasibətləri gərgindi. Brilyant xanımla yoldaşı arasında ər-arvad münasibəti yoxdur, mən belə görürəm. Bir evdə iki yad insan deyərdim bu insanlara. Cəmiyyət üçün bir yerdədirlər. Brilyant Dadaşovanın əri 1-2 il ərzində xəstələnib, öləcək. Ani ölüm deyərdim. Çox güman ki, ürək tutması olacaq”.
Röya həyat yoldaşı Anar – “Röyanın şəxsi həyatında yenə övlad görürəm. Hal-hazırda aralarını vurmaq istəyən kişi var. Anarın ətrafında olan şəxs onların arasını vurmağa çalışsa da, sonda bu iki insanı yenə bir görürəm. Ancaq araları bir müddət çox pis pozulacaq. Sonra yenə düzələcək. Anarın çox yaxın bir qadın qohumuna xəstəlik görürəm. Anar və Röyanın evliliyi qurma deyil, sevgi var. Amma hal-hazırda sevgi istəyə çevrilib, azalıb”.
Lalə Məmmədova və həyat yoldaşı İlham – “Bu qadında hal-hazırda çoxlu göz yaşı görürəm. Və bir qadının ona qarşı satqınlığını görürəm. Çoxlu mübahisələr olacaq. Şəxsi həyatı darmadağındı və yaxın zamanda düzəlməyəcək. Lalə Məmmədova çox qəzəblidir. Amma qəzəbi yersizdi. Mən belə görürəm ki, eyni yerdə, eyni anda ikili həyat yaşayıb. Bunun açmasını demirəm, özü bilir. Lalə Məmmədovanın ailəsində xəyanət görürəm və işi açan şəxs də qadındı. İlhamla tam ayrılacaqlar. Qırğınlar, davalar, uzun sürən məhkəmələr... Lalə Məmmədovanın bir qızı özünə qalmayacaq. Yoldaşı götürəcək. Lalə Məmmədova həyatının normal olduğunu zənn etsə də, hər şey anidən dəyişəcək, pisləşəcək”.
Flora Kərimovanın qızı Zümrüd və kürəkəni Nazim – “Zümrüdlə Nazimi ayırmaq üçün cadu olunub. Amma bundan əlavə Zümrüd xanımın ürəyi birində, gözü başqasında olub. Ona görə də Zümrüd xanımın ailəsinin dağılması onu pis vəziyyətə salmayıb. Bu ailə çoxdandı ki, ayrılmağa doğru gedirmiş. Zümrüdün ürəyində başqası var, amma həyatında hələki başqası yoxdur. Ürəyində olan insanla Zümrüd birlikdə olmaq istəyir. Boşanmadan əlavə də məhkəmə işləri olacaq. Amma Zümrüd xanım bir müddət keçdikdən sonra boşanmağına peşman olacaq. Zümrüd xanımın ailəsinə səpilən cadu qarşı tərəfdəndi. Zümrüd xanıma uğurlu iş həyatı görürəm və ürəyində olan insanla bir ola bilər, mən belə görürəm”.