Leonardo Di Kaprionun məşhur və məşhur olmayan qadınlarla əlaqəsindən film, hətta serial çəkmək olar. Ötəri macəralar nəticəsində bu “Oskar”lı aktyorun övladının dünyaya gəlməsi də istisna deyil.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, “Ekstrasenslərin döyüşü” şousunun iştirakçılarından biri Zirəddin Rzayev Leonardonun beş il öncə ata olduğunu bildirib.
Ekstrasensin sözlərinə görə, aktyorun onun uşağını dünyaya gətirən qadınla ünsiyyəti yoxdur.
“O, bu qadınla həyatını bağlamaq niyyətində deyildi. Onların ötəri bir macərası olub, bu macəradan isə qızı dünyaya gəlib. Bu, beş il öncə olub. Leonardo uşaq barəsində
bilirdi, qızına və onun anasına maddi yardım edib və edir, amma varisini kütlə qarşısına çıxarmaq niyyətində deyil”,- deyə Zirəddin bildirib.
Amma ekstrasens sözünü bununla bitirməyib və Di Kaprionun pərəstişkarlarını pis xəbərlə
sarsıdıb:
“Yaxın üç ildə onu ağır sınaqlar gözləyir, sağlamlığı ilə bağlı olan bu sınaqların öhdəsindən gələcək. Amma onun ahıl yaşını görmürəm, bu, onun üçün pisdir”.