“Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov konsert verəcək.
Oxu.Az xəbər verir ki, konsert fevral ayının 23-ü saat 20.00-da paytaxtın “Pasifico lounge” restoranında baş tutacaq. “The One” adlı layihəsi ilə Eldar sevənlərini bir araya toplayacaq. Konsertin təşkilatçısı “Stereo Group”-dur.
Konsertdə müğənni ilə yanaşı, dj Mansur, dj JFT və dj Ruidoloco disco-party ilə izləyənlərin əhval-ruhiyyəsinə rəng qatacaqlar.

Aytən Sadıqzadə
www.oxu.az