Sərt, tənqidi açıqlamaları ilə yadda qalan müğənni Əli Mirəliyev yeni açılacaq verilişdə aparıcılıq edəcək.
Oxu.Az-a açıqlama verən müğənni bu ildən ümumrespublika yayımına çıxan “Kanal-S” televiziyasında yayımlanacaq yeni verilişin aparıcısı olacağını bildirib.
Əli Mirəliyev qeyd edib ki, layihə artıq hazırdır, verilişə gələn həftə adqoyma mərasimi keçiriləcək.
Xatırladaq ki, “Kanal-S” televiziyasının baş prodüseri müğənni Roza Zərgərlidir.
Dilşad Bəhruzqızı