Elza Seyidcahan şou-biznesimizin qeyri-ordinar nümayəndələrindəndir, onun publika qarşısına çıxışı və ya müsahibəsi müəyyən rezonans doğurur.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, daha anlayışlı tamaşaçılar Elza xanımı başqa dünyanın müğənnisi, ekstravaqant şəxsiyyət adlandırırlar.
Bu günlərdə Elza Seyidcahan tamaşaçıları bir daha təəccübləndirmək fikrinə gəlib. Ekstravaqant müğənni istirahət zamanı da öz ənənələrinə sadiq qalıb və çimərlikdə istirahət edən Elza Seyidcahan çimərlik geyimi əvəzinə bəyaz paltara üstünlük verib. Çox güman ki, o çimərlik geyimində şəkilləri mentalitetə uyğun hesab etməyib.
Eyni zamanda müğənninin xalq artisti İlhamə Quliyevanın qarderobunda çimərlik geyiminin olmaması barədə dediyi sözləri də yaxşı yadda saxlaması da istisna edilmir.
“Mənim qarderobumda heç vaxt çimərlik geyimi olmayıb. Çünki mən dəniz kənarına çimməyə yox, dəniz mənzərəsinə baxmağa, şam yeməyi yeməyə və ya çay içməyə gedirəm. İndi az adam ədəb-ərkana fikir verir, amma mən fikir verirəm, ona görə də indiyə qədər mənim qarderobumda çimərlik geyimi olmayıb”, - İlhamə Quliyeva “10-lar” verilişinə müsahibəsində deyib.