Heç bir ölkə, o cümlədən Azərbaycan Ebola virusuna yoluxmadan sığortalanmayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov deyib.
Sektor müdiri bildirib ki, hələlik Ümumdünya Səhiyyə Təşkilatı sərhədləri bağlamayıb, bu barədə qərar yoxdur:
“Hər halda Azərbaycan bütün hazırlıq işlərini görüb. Bununla bağlı şübhəli hal olarsa, müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, bu gün İstanbuldakı Atatürk Hava Limanında Nigeriya vətəndaşı olan bir turistdə Ebola virusu aşkar edilib.
Afrikanın qərbində yayılan Ebola virusundan ölənlərin sayı 1013 nəfər çatıb. Son məlumatlara görə, bu ölümcül virusa yoluxanların sayı 1848 nəfərdir.
Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır.