Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Emil Kadırov: Bakıda şou-biznes “toyxana” ətrafında fırlanır - MÜSAHİBƏ
1993-cü ildə Bakıda oğlan uşağı dünyaya gəlib və 20 il sonra onu bütün MDB məkanında tanıyırlar. Milyonlarla ürəkləri fəth edən gənc azərbaycanlı – Emil Kadırov...
O, Bakıda 145 saylı orta məktəbi bitirib. Anası rusiyalı, atası azərbaycanlıdır. Uşaq Rusiya-Azərbaycan mədəniyyətinin birləşdiyi mühitdə doğulub. Anası ömür boyu Bakıda yaşadığı üçün özünü azərbaycanlı hesab edib.
Uşaq yaşlarından onda musiqiyə maraq meydana çıxıb. Məktəbdən sonra qəhrəmanımız Bakıdakı Rəşid Behbudov adına II nömrəli musiqi məktəbində gitara sinfini uğurla bitirir.
Məhz bu məktəbdə tanınmış pedaqoq Sergey Saprıqin sayəsində bizim qəhrəmanımızda müğənnilik istedadı ortaya çıxır.
O, gitarada ifa edir, müxtəlif müsabiqələrdə və tədbirlədə mahnı oxuyur, ancaq əsl istedadını “Qolos” musiqi layihəsində göstərir.
Artıq beş ildir ki, o və ailəsi Moskvada yaşayır.
Oxu.Az-ın müxbiri Emillə söhbət edib və ona bir sıra suallar verib:
- Emil, uzun müddətdir ki, bu sənətlə məşğulsunuz, ancaq əsas məşhurluğunuzu “Qolos” yarışında qazanmısınız. Sizi Rusiya və Azərbaycanda tanıdılar. Bu layihəyə düşməyiniz barədə danışın və Azərbaycan mediasında özünüz haqqında məqalələr görmək nə dərəcədə xoş oldu?
- Bu, fikrimcə, möhtəşəm layihədir. O, həqiqətən, musiqini sevən və fonoqramma ilə oxumayanları üzə çıxarır. Həqiqətən də, “Qolos” yarışması mənim Rusiyada və doğma Azərbaycanda populyarlıq qazanmağıma səbəb olub. Bu layihəyə təsadüfən qatılmışam. Haqqında bildim və gitara ilə Ostankinoya gəldim. İlk çıxışımdan jüri heyəti zövq aldı. Daha sonra mən “Qolos” layihəsinə qatıldım.
Ən böyük narahatlığım həmkarlarım qarşısında çıxış edən zaman yarandı. Mən onlardan heç olmasa birinin dönməsini gözləyirdim.
Heç vaxt bu narahatlığımı və hisslərimi unutmayacam... İlk çıxışımdan sonra Azərbaycan KİV-də mənim haqqında məqalələr yayımlandı. Çox xoş idi.

- Azərbaycanca danışırsınız?
- Bəli, bu, doğma dilimdir.
Ə.Ş.
www.oxu.az
Oxu.Az yeniləndi!
"Bakı" teqi üzrə xəbərlər
- Qurbağa əti Bakıda süfrəyə gəldi: Halaldır, yoxsa haram?
- Bakıda piyadanı vurmamaq üçün manevr edən sürücü maşını maneəyə çırpıb AŞIRDI
- Uşaqlar soruşur, böyüklər tər tökürlər: "Mən dünyaya necə gəlmişəm?"
- Türkiyəli biznesmenin xatirələri: "Heydər Əliyev bizim üçün məmləkətimizin ünvanı idi"
- Bakıda klinika qarşısında iyrənc mənzərə: Kanalizasiya daşdı, qan qoxusu ətrafı bürüdü