“Krokus Siti Holl”da baş tutan “Kainat gözəli 2013” yarışmasında qalib gələn Venesuela təmsilçisi Qabriela İslerin plastik əməliyyat etməsi ilə bağlı xəbərlər yayılıb.
Oxu.Az “Qafqazinfo”ya istinad edərək xəbər ki, “Miss Venezuela”nın direktoru Osmel Sousa yayılan şayiələri təkzib edib, eyni zamanda qadınların gözəllik üçün bıçaq altına girmələrində də qeyri-adi bir şey olmadığını deyib:
“Bəzi insanlar var ki, möhtəşəm qələbə əldə etmiş qızın zəhmətini heçə endirmək istəyirlər. Onlar İslerin 13 yaşlı yeniyetməlik fotosu ilə son fotolarında müqayisələr aparırlar. Mariya Gabriela İsler qəti şəkildə təsdiqləyir ki, heç bir əməliyyat olmayıb”.