Müsəlman qadınlar arasında gözəllik yarışı keçirilir.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu il dördüncü dəfə keçirilən “Miss World Muslimah” müsabiqəsində 25 ölkə yarışacaq.
Müsəlman qadınların yarışacağı müsabiqə İndoneziyada təşkil olunacaq. Müsabiqədə qızların savadı, dünyagörüşü, dini bilikləri, ünsiyyət qabiliyyəti qiymətləndirilir.
Yarışmanın qalibi Həcc ziyarəti, Avropa ölkələri, Türkiyə, Bruney, Hindistan, İran, Malayziyada təhsil almaq şansı qazanacaq.