Ötən gün Avstriyanın paytaxtı Vyanada “Eurovision-2015”in ilk yarımfinal mərhələsi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbiri "Eurovision 2014”ün qalibi Konçita Vurst açıb.
Birinci yarımfinal mərhələsində 16 ölkənin təmsilçisi çıxış edib. Səsvermədən sonra isə Belçika, Yunanıstan, Estoniya, Serbiya, Ermənistan, Macarıstan, Rusiya, Albaniya, Ruminiya və Gürcüstan final mərhələsinə keçib.
İkinci yarımfinalda isə ölkələr bu ardıcıllıqla çıxış edəcək: Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa.
İkinci yarımfinal mayın 21-də, final isə mayın 23-də keçiriləcək.
Qeyd edək ki, Vyanada keçiriləcək “Eurovision-2015”-də Azərbaycanı Elnur Hüseynov ikinci yarımfinalda “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.