“Eurovision - 2018” beynəlxalq mahnı müsabiqəsinə qatılan ölkələrin sayı 43-ə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat yerləşdirilib.
Siyahıya əlavə olunan ölkə Makedoniyadır.
Makedoniya Avropa Yayım Birliyinə olan borcuna görə builki müsabiqəyə qatılmaq şansından məhrum edilmişdi.
Xatırladaq ki, Azərbaycanı müsabiqədə müğənni Aysel Məmmədova təmsil edəcək.
A.S.
www.oxu.az