Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Makedoniyanın “Eurovision-2018”-də iştirakına qadağa qoyuldu
Avropa Yayım İttifaqı (AYİ) Makedoniyanın “Eurovision-2018”-də iştirakına qadağa qoyub.
Oxu.Az xəbər verir ki, Makedoniya AYİ-yə olan borcuna görə builki müsabiqəyə qatıla bilməyəcək. Ölkə, eyni zamanda, “Junior Eurovision” müsabiqəsində də iştirak edə bilməyəcək.
AYİ-nin mətbuata açıqlamasında bildirilib ki, Makedoniya borclarını ödədiyi təqdirdə müsabiqəyə qatıla bilər.
Qeyd edək ki, Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək “Eurovision-2018” mahnı müsabiqəsində 43 ölkənin təmsilçisi iştirak edəcək. Onlar arasında Azərbaycan da var.
A.S.
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar