Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Eurovision” təmsilçimiz Aysel Məmmədova kimdir? - VİDEO
Noyabrın 8-də Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi məqsədilə münsiflər heyətinin iclası keçirilib.
“İTV”-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, toplantıda ölkəmizi builki möhtəşəm yarışmada təmsil edəcək iştirakçının adı müəyyənləşdirilib. Bu, Aysel Məmmədovadır.
Qeyd edək ki, Aysel Məmmədova 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqi ilə bağlı olub. O, 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival" (2002), Bakı Beynəlxalq Caz Festivalı (2005/2006), "MuzEnergo Festival of Music İmprovisation" (2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.
Aysel 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Coppaloni və 2015-ci ildə isə Deborah.J.Carterdən özəl dərslər alıb. Eyni zamanda, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib.
Aysel pianoçu, vokalist və bəstəkardır.

"Bakı" teqi üzrə xəbərlər
- Bakının hansı küçələrində sıxlıq var? - 26.02.2025
- Manuela Traldi: "Azərbaycanın biznesə yanaşması beynəlxalq səviyyədə tanınmağa layiqdir"
- Bakıda yaşayış binasında güclü yanğın olub
- Bakının hansı küçələrində sıxlıq var? - 25.02.2025
- Paytaxtın bəzi yollarında baş verən qəzalara görə sıxlıq yaranıb - SİYAHI