Zimbabve parlamentinin ölkə prezidenti Robert Muqabenin impiçmenti müzakirə olunan iclası başlayıb.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Məlumata əsasən, parlament binasının qarşısında prezidentin impiçmentini tələb edən izdiham yığılıb.
Qeyd edək ki, hakim "Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvərlik Cəbhəsi" Partiyasının Mərkəzi Komitəsi də xüsusi iclasında 93 yaşlı ölkə prezidenti Robert Muqabeni partiyanın rəhbəri postundan kənarlaşdırıb.
Onun yerinə keçmiş vitse-prezident Emmerson Mnanqaqva təyin olunub.
N.O.