Aprelin 8-də Azerbaycanın builki “Eurovision” təmsilçisi DiHaj (Diana Hacıyeva) müsabiqədə ifa edəcəyi “Skeletons” mahnısı ilə Amsterdamda çıxış edəcək.
Oxu.Az xəbər verir ki, təmsilçimiz Melkveqdə promo-tur çərçivəsində keçiriləcək ilin ən böyük “Eurovision” tədbirində Avropanın müxtəlif ölkələrindən olan 33 iştirakçı ilə birgə çıxış edəcək.
D.Hacıyeva həmçinin Avropanın kütləvi informasiya vasitələrinə və tanınmış bloggerlərinə müsahibədə də verəcək.
A.S.
www.oxu.az