Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı Saray qəsəbəsində qonşusu Xəqani Hüseynovun evini sökdürməsiylə bağlı xəbərə açıqlama verdi.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hazırda xarici ölkədə çəkilişdə olan Xoşqədəm Hidayətqızı adının mətbuatda hallanmasına sərt cavab verdi:
“Bütün bu işlər Abşeron rayon icra hakimiyyətinin səlahiyyətlərinə daxil olan məsələdir və bu işin mənim adımla hallandırılmasını başa düşmürəm. Qanun şahdır, icra hakimiyyəti varsa, mən kiməm”.