Həbsdə olan müğənni Fədaya Laçının azadlığa çıxacağı tarix açıqlanıb. Oxu.az-ın xəbərinə görə, bu barədə müğənninin bacısı İlahə Fəda “Xəzər” kanalında yayımlanan “5-də 5” verilişində məlumat verib. O, bacısının oktyabrın 28-də azadlığa çıxacağını və səbirsizliklə həmin günü gözlədiklərini bildirib. Qeyd edək ki, sentyabrın 30-da müğənni Fədaya Laçının cəzası beş ildən iki ilə endirilib. Sevinc Yasinqızı
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin