Xalq artisti Flora Kərimova özü ilə bağlı maraqlı etiraf edib.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, müğənni “İncə+” verilişində pəhriz saxlamadığını deyib:
“Mən acgözəm. Yalandan deməyim ki, pəhriz saxlayıram. Özümü çərçivəyə salmıram. Allah nə yetirsə yeyirəm. Bir də gördünüz iştahım açıldı, 1 kiloqram çörəyi bozbaşa doğrayıb, əlimlə yeyirəm. Saata fikir vermirəm. Hansı saatda, harada istədim edirəm. Belə şeylərə inanmıram. Formada qalmaq genlərdən asılıdır. Dərini qorumaq lazımdır. Bunun üçün isə maddi imkan vacibdir. İdman isə heç etmirəm”.