Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Forsaj 7” Azərbaycanda çəkilir? – Foto + Video
Bakıda məşhur “Forsaj” filminin yeddinci hissəsinin Azərbaycanda çəkilməsi barədə şaiyə yayılıb.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, şəhəri yeni şaiyələr dalğası bürüyüb və insanlar arasında “Forsaj” filminin çəkilişləri ilə bağlı yeni söhbətlər yayılıb.
Bu şaiyələrin yayılmasına “Forsaj” filminin çəkilişlərindən bir fotoşəkilin həmin layihədə baş rolun ifaçısı, dünya kino ulduzu Vin Dizelin rəsmi səhifəsində yerləşdirilməsi səbəb olub.
Şəkildə Vin Dizel və filmin digər qəhrəmanlarının olduğu tikilinin üzərində aşağıdakı yazılı lövhə vurulub: “Uyarı. Heç vaxt tək başına suda və ya suya yaxın ərazidə işləməyin”.
Və əgər bu cümlədə birinci “uyarı” sözü türk dilində yazılıb və “xəbərdarlıq” deməkdirsə, ondan sonra gələn cümlə Azərbaycan dilindədir.
Məhz bu lövhə “Forsaj”ın növbəti hissəsinin Azərbaycanda yaxud da Türkiyədə çəkilməsi ilə bağlı şaiyələr doğurub.
Lakin şaiyələrin heç bir əsası yoxdur.
Cartimes.ru saytının verdiyi məlumata görə, “Forsaj 7” filminin çəkilişləri Atlantada (ABŞ) keçirilir.
Vin Dizel hətta “Forsaj 7”nin ilk çəkiliş günündən videoçarx hazırlayaraq internetdə yerləşdirib və göstərdiyi dəstəyə görə fanatlarına təşəkkürünü bildirib.
Videoçarxda arxa planda həmin köşk görünür.
Qeyd edək ki, “Forsaj 7” filmi 2014-cü il iyulun 11-də işıq üzü görəcək. Filmin 7-ci hissəsində, 6-cı hissədə olduğu kimi Vin Dizel və Pol Uoker çəkilib.

www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?