Dünyaca məşhur “Fort Boyard” yarışmasının tanınmış simaları Paspartu və Pastam bu gün axşam Bakıya gəlir.
Oxu.Az-ın “lady.day.az” saytına istinadən xəbərinə görə, bu il layihənin 25 yaşı tamam olur.
Məşhur qəhrəmanlarla görüşü ATV telekanalı təşkil edir. Bu haqda “Fort Boyard Azərbaycan”nın prodüseri Ranar Musayev məlumat verib:
“Baku Expo Center”də telekommunikasiya və informasiya texnologiyaları sahəsində “Bakutel” sərgisi keçiriləcək. Sərgidə texnologiyadakı yeniliklər nümayiş olunur. Bu il onlar arasında ilk dəfə ATV-ATV Plus kabel televisiyası yer alacaq. Qonaqların gəlişi də bununla əlaqədardır”.
R.Musayev yarışma qəhrəmanlarının sərgidə olacaqlarını, ziyarətçilərlə fotolar çəkdirib, imzalar paylayacaqlarını bildirib. Əcnəbi qonaqlarla yanaşı sərgidə yerli müğənnilər, aktyorlar, idmançılar da yer alacaq. Sərginin ən cəsarətli iştirakçısı ilk dəfə məşhur “Fort Boyard”da iştirak etmək, özünü çətin oyunlarda sınamaq və Stars Furadan hədiyyə qazanmaq imkanı əldə edəcək. Paspartu və Pastamla görüş dekabrın 3-də saat 16:00-da “Baku Expo Center”də baş tutacaq.
