Azərbaycanda bayağı musiqilər nə qədər yayılsa da, ortaya keyfiyyətli işlər çıxaranların da sayı az deyil.
Oxu.Az-ın bugünkü müsahibi belə işlər ərsəyə gətirən istedadlı gənc, repçi Vüqar Quliyevdir.
Vüqar Quliyevin 24 yaşı var. Bakıda anadan olub. ADA Universitetinin 2017-ci il məzunudur. Hazırda özəl bir şirkətdə çalışır.
Paralel olaraq isə musiqi ilə, daha dəqiq, hip-hopla məşğuldur.
Qeyd edək ki, əvvəllər mahnılarını öz ad soyadı ilə təqdim edən reper “new school” ifadəsinin akronimini götürərək NS ləqəbi ilə fəaliyyətini davam etdirir.
- 2014-cü ildən sizi musiqi sahəsində tanıyırıq. Necə oldu musiqi ilə məşğul olmağa başladınız?
- Heç bir musiqi təhsilim və ya peşəkar təcrübəm yoxdur. Yəqin ki, bu janrla məşğul olan hər bir ifaçı da təsdiqləyər ki, hip-hop fəaliyyəti sırf maraq və müəyyən qədər bacarıq üzərində formalaşır. Təxminən, 14 yaşımdan etibarən rep musiqisinə xüsusi marağım yaranıb. Bir vaxtdan sonra isə artıq öz mətnlərimi yazmağa başlamışam.

- Kimlərə qulaq asırsınız? İlhamlandığınız biriləri var?
- Əlbəttə. Rep musiqisini “old school” ifaçılar sayəsində sevdiyim üçün hələ də ağırlıqlı olaraq “old school” dinləyirəm. Tupak yaradıcılığını xüsusi vurğulamasam olmaz. Bununla yanaşı “new school” ifaçılara da qulaq asıb özüm üçün nümunələr götürməyə çalışıram. Türk və yerli ifaçıların işlərini də yaxından təqib edirəm.
- Azərbaycanda gənclər arasında bayağı sayılan musiqilər çox dinlənilir, buna münasibətiniz necədir? Sizcə, bu, nədən irəli gəlir?
- Azərbaycanda musiqi spesifik qruplar və leybllar sayəsində inkişaf etməkdədir, məncə. Bu, mənim məlumatlı olduğum və təqib etdiyim gedişatdır. Ancaq bayağı ifalar biz təqib etməsək də hər hansı bir yolla qarşımıza çıxır və tanış oluruq. Zənnimcə, bu vəziyyətin səbəbi bəzi insanların zövqlü musiqi ilə doğru zamanda tanış olmamasıdır. Zərərli vərdiş kimidir bu. Heç kim bəyənmir, ama baxırsan ki, bütün ölkənin gündəminə çevrilib. Və beləcə keyfiyyətli musiqilər diqqətdən kənarda qalır. Bütün bunlara baxmayaraq, yaxşı musiqi və onun dinləyiciləri çoxalmaqdadır.
Son mahnımın adının “İki yarımada” olmasına gəldikdə isə, o mahnını yazanda mən Roma şəhərində idim. Məlumdur ki, İtaliya Apennin yarımadasında yerləşir. Bir növ mən mahnıda Apennin yarımadasını təmsil edirəm, mahnının həsr olunduğu şəxs isə Abşeron yarımadasını.
Bir neçə mahnıdan sonra albom avtomatik olaraq formalaşacaq.
Nəzrin Həsənova