Teleaparıcı Hacı Nuran Hüseynov Azərbaycana 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk qızıl medalı qazandıran taekvondoçumuz Radik İsayevlə görüşüb.
Oxu.Az xəbər verir ki, 80 kq-dan yuxarı çəkidə çıxış edən R.İsayev finalda nigeriyalı Abdurazak İssufu Alfaqanı məğlub edib.

Bundan başqa teleaparıcı digər idmançılarımız - Xetaq Qazyumov, Toğrul Əsgərov ilə bir araya gələrək birgə çəkdirdikləri fotoşəkilləri sosial şəbəkədə paylaşıb.
Xatırladaq ki, Rio-de-Janeyroda təşkil edilən Olimpiya Oyunları artıq başa çatıb. Azərbaycan 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla, yarışları 18 medal ilə komanda yarışlarında 39-cu yerdə, medallar üzrə 15-ci yerdə başa vurub.
Aytən Sadıqzadə
www.oxu.az