ABŞ-nin HBO kabel və peyk teleşəbəkəsi Harri Potter haqqında yeni televiziya serialının çəkilişlərinə başlayıb.
Oxu.Az bu barədə "Warner Bros" saytına istinadla xəbər verir.
Serialın çəkilişləri Böyük Britaniyanın Livsden şəhərində aparılır.
Serialın premyerası 2027-ci ildə HBO və "HBO Max" platformalarında baş tutacaq.
Layihədə Harri Potter rolunu Dominik Maklaflin oynayacaq.