Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İbrahim Tatlıses 28 ildən sonra qızını qəbul etdi
İbrahim Tatlısesin qeyri-rəsmi nikahdan olan 28 yaşlı qızı, müğənni Dilan Çıtak “Her şeyi konuşalım” proqramında qonaq olub.
Oxu.Az xəbər verir ki, atası İbrahim Tatlıses haqqında “Hələ də məni doğma qızı kimi qəbul etməyib, bu yükü axirətdə necə daşıyacaq, bilmirəm. DNT testində hiyləyə əl atdılar, amma üzümün quruluşu, saçım, səsim onunla eynidir. Bu, yetməzmi?”, - deyə Çıtak bildirib.
İllərdir Dilan Çıtak haqqında açıqlama verməyən İbrahim Tatlıses həmin proqramdan sonra manqal başında şəkil paylaşaraq “Ahmed Salim, Gülşen, Gülden, Melek, Dilan, İdo və Elif Adanın atasıyam. Əslini inkar edən bizdən sayılmaz. Bu günə qədər yazdınız-pozdunuz dözdüm, həyatımın xülasəsi budur!” sözlərini yazıb.
Və beləliklə, İ.Tatlıses illər sonra Dilanın onun qızı olduğunu etiraf edib, bununla da bütün söz-söhbətlərə son qoyub.
Aytən Sadıqzadə
www.oxu.az
Rəylər