Bağ və şəhər evimdən cadu çıxartdırmışam.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti İlhamə Quliyeva “Adam içində” verilişində deyib.
Müğənninin sözlərinə görə, o, bunun üçün Hindistandan adam gətirdib:
“Caduya inanıram. Evlərimdəki caduları çıxartdırmaq üçün Hindistandan adam gətirtmişəm. İndi Dubaya, oradan da adaya gedib, cadu etdirib gəlirlər. Kişilərin cibinə düyün, cadu edib pullarını götürürlər. Belə biabırçılıqlar baş verir. Mən cangüdəni olan bağda yaşayıram. Quş quşluğu ilə orada uça bilməz. Daim fəaliyyətdəyəm, işləyirəm. Bunlar məni sındırmaq istəyirlər. Sağlamam, həkimimin də canı sağ olsun, vaxtında qayğıma qalır”.