Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İlhamə Quliyevadan məşəl açıqlaması: Ayıbdır vallah
Heç kəs narahat olmasın. Yaxşıca gəzə də bilirəm, qaçmağı da bacarıram. Məşəli də əlimdə tutacam.
Oxu.Az xəbər verir ki, bu sözləri modern.az saytına açıqlamasında xalq artisti İlhamə Quliyeva I Avropa Oyunları üçün seçilən 150 məşəlçidən biri olmasına irad tutanlara, bunu sosial şəbəkədə müzakirə edənlərə cavab olaraq bildirib.
Xalq artisti deyib ki, məşəlçi kimi ona etibar olunmasından qürür duyur:
“Mən çox xoşbəxt sənətkaram ki, dövlətimiz və nazirliyimiz məni belə bir möhtəşəm bir tədbirdə məşəli daşımağa layiq bilib. Bəzi adamlar bunu həzm edə bilmirlər. Bəziləri paxıllıqlarından məni qısqanırlar. Heç kəs narahat olmasın, gəzə də, qaça da bilirəm. Məşəli də əlimdə necə lazımdı tutacam.
Ay müsəlman millətinin içərisində natəmiz olanlar, gül kimi dövlətimizin adını batıranlar, ayıbdır vallah. Ayıb olsun onlara, durub mənim məşəl daşımağımı müzakirə edirlər. Amma bilsinlər ki, bu, hər adama qismət olmur. Başqalarını niyə məşəlçi seçməyiblər? Amma mənim dövlətim bunu mənə layiq görüb.
Mən necə lazımdı o məşəli daşıyacam. Nə ayaqlarım ağrıyır, nə də canım, çox da sağlamam.
Sağ olsunlar Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gənclər və idman naziri Azad Rəhimov.
Onlar məni rəsmi olaraq oyunlarla bağlı böyük məclisə dəvət etdilər. Həmin məclisdə Arif Babayev, Amaliya Pənahova, Alim Qasımov, Ağaxan Abdullayev kimi sənətkarlar da var idi.
Nazir məclisdə bildirdi ki, “biz bura ancaq qaymaqları dəvət eləmişik”. Mən də o qaymaqların bir damlasıyam.
Biz çox gözəl və sayğılı millətik. Dünyaya meydan oxuyuruq. Mən çox xoşbəxtəm ki, belə bir möhtəşəm bayramda iştirak edəcəm”.
Rəylər