Azərbaycanda yenidən fəaliyyətə başlayan müğənni İradə İbrahimova boşanması haqda yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, “Star life” verilişinə açıqlamasında müğənni yayılan məlumatların şayiə olduğunu qeyd edib:
“Bu suala cavab vermək istəmirəm. Bunlar axmaqlıqdır. Boşandığımı deyənlər bizi elə görmək istəyənlərdir. Boş verin, qanımızı qaraltmayaq. Qızım İpək Bakını çox sevdi, bura onun üçün həyəcanlı gəlir. Qızım dəli-dolu yaşasın istəyirəm”.