Türkiyədə yaşayıb fəaliyyət göstərən məşhur serbiyalı model İvana Sərt ötən gün qatıldığı bir iftar yeməyində maraq doğuran açıqlama verib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, o, müsəlman olmadığını, lakin namaz qıldığını söyləyib.
“Müsəlman olmadım, amma namaz qılıram. Çünki dinclik tapıram. Tez-tez məscidə də gedirəm. Dua edilən məkanların enerjisi mənə çox yaxşı təsir edir”,- deyə İvana Sərt bildirib.
Aytən Sadıqzadə
www.oxu.az