Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kamil Gülaydan danışdı: “Məşhur ola bilərsən, amma hər kəs tərəfindən sevilə bilməzsən” – VİDEO
İdmançı Kamil Zeynallı həyat yoldaşı, müğənni Gülay Zeynallı barədə danışıb.
Lent.az-ın məlumatına görə, Kamil “Günün sədası” verilişində deyib:
“Gülay hər şeyin yerini bilən sənətkar xanımdır. O, bu gün sevilir. Hara gedirəmsə, deyirlər, Gülay xanım necədir? Bu da mənə xoşdur. Məşhur ola bilərsən, amma hər kəs tərəfindən sevilə bilməzsən. Az yaşından öz ayağı üstündə durmağı bacarıb. Onun üçün də fəxrdir ki, onun yanında mənim kimi kişi var”.
Kamil qızına qoyduqları qadağadan da söz açıb: “Artıq qızım böyüyür. Onun məktəbi var. Onun tanınmağını istəmirik. Neçə vaxtdır onu sosial şəbəkədə paylaşmıram. Artıq efirlərə çıxartmayacağıq”.
Gülay da fikirlərini açıqlayıb: “Xoşbəxt insanam ki, uşağımın atası Kamildir. Çünki Kamil övladına bağlı atadır. Qız uşağı mütləq atadan qorxmalıdır. Şükür edirəm ki, qızım ağıllı və tərbiyəlidir. İndi onunla şəkil çəkdirmək istəyəndə, deyir ki, istəmirəm. Biz də onun istəyinə hörmətlə yanaşırıq”.
"Gülay Zeynallı" teqi üzrə xəbərlər
- Gülay Zeynallı "market açıqlaması"na mənfi rəy yazanları ŞİKAYƏT ETDİ
- Gülay Zeynallı Kamil Zeynallının həbsindən DANIŞDI - VİDEO
- Kamil Zeynallının 10 yaşlı qızının maşın sürməsinə DİN-dən REAKSİYA - YENİLƏNİB + VİDEO
- Kəbirə Məmmədovanın qızının xınasına məşhurlar axın etdilər - VİDEO
- Gülay Zeynallı ad gününü dəbdəbəli bağ evində keçirdi - VİDEO
Rəylər